Vladimir Putin: "Dedi-qodusuz darıxdırıcı olur"

Rusiya prezidenti Vladimir Putin səhhəti ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. Putin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vladimir Putin səhhəti ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib. “Dedi-qodusuz darıxdırıcı olur”, - deyə o, söyləyib.  Almazbek Atambayev isə bildirib ki, Vladimir Putin nəinki gəzir, hətta maşın sürür.

Müəllif | Apa.Tv
Apa.tv