Gəncədə ƏƏSMN-nin zona müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə 17 rayonu əhatə edən zona müşavirəsi keçirib. APA TV-nin xəbərinı görə, rayonların Tibbi Sosial Ekspert Komissiyaları və səhiyyə müəssisələrinin, habelə həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə keçən müşavirə əlillik müayinəsi üçün göndəriş formalarının təkmilləşdirilməsi məsələlərinə həsr olunub. Müşavirədə çıxış edən nazir müavini Natiq Məmmədov nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqinin əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə, bu sahədə məmur-vətəndaş ünsiyyətinin minimallaşdırılmasına və şəfafflığın təminatına şərait yaratdığını bildirib. O, bu sistemin tətbiq olunduğu şəraitdə göndəriş formalarında əsas və yanaşı diaqnozların, xəstəliyin ağırlaşması hallarının düzgün və obyektiv müəyyən olunmasının, əlillik müayinələrinin nəticələrinin xəstəliklərin beynəlxalq təsnifatına uyğun rəsmiləşdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu vurğulayıb: "Bu gün biz 6-cı zona müşavirəsini keçirik. Bizim həkimlər hamısı elektron imzalarla təmin ediliblər. Biz 6 dəfə seminarlar keçirmişik. Bizim həkimlərimiz bu proqrama yiyələniblər".

 

Ölkədə tibbi-sosial ekspertiza xidmətinin müasirləşdirilməsi yönündə aparılan işlərdən bəhs edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyin müəyyən olunması üçün müvafiq göndəriş formalarında xəstəliklərin qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi üçün vacib prinsipləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə TSEK və səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının nümayəndələri müşavirənin mövzusu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli