Tovuzda traktorla mikroavtobus toqquşdu: 6 yaralı

Tovuzda mikroavtobus aşıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz rayonunun girişində baş verib. Traktorla “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Rayonun Aşağı Quşçu kənd sakini Vüqar Bayramovun idarə etdiyi traktorla Bozalqanlı kənd  sakini Mirzə Abbasovun idarə etdiyi "Mercedes-Sprinter" mikroavtobusla toqquşub. Qəza mikroavtobusun ötmə əməliyyatını həyata keçirən zaman baş verib. Nəticədə sərnişin daşıyan mikroavtobus aşıb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan iki nəfərin - Mirzə Abbasov və Səlmi Şirinovanın vəziyyətinin orta-ağır olduğu bildirilib.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli