"20 yanvar" dairəsi genişləndirilir

Bakının "20 yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən  verilən məlumata görə, Ziya Bünyadov prospektinin yenidənqurulması və yolboyu yeni tunellərin və yolötürücülərinin tikilməsi Böyük Şor dairəsindən 20 yanvar istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin sayını artırıb, elə buna görə də artmış hərəkət şiddətinin 20 yanvar ərazisində yaratdığı maneələri aradan qaldırmaq məqsədilə işlərə start verilib. 

 

Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri "20 yanvar" ərazisinə daxil olan zaman həmin sahənin ensiz olması, eyni zamanda nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində park edilməsi böyük sıxlığa səbəb olur. Bunu nəzərə alaraq, həmin ərazidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə başlanılıb. Bundan əlavə,  həmin hissədə hündürlüyü 50sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək, paralel olaraq, avtobus və taksi dayanacaqlarının yerləşdiyi ərazi də genişləndiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv