Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür

Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir. Heydər Əliyev Mərkəzinin qarşısından gələrək Xətai prospektindən Heydər Əliyev prospektinə hərəkəti təmin edən yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən Böyük Şor istiqamətinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinliyi aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib. Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən verilən məlumata görə, Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri  nəzərə alaraq, həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib. Bu, həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb. Artıq həmin hissədə xətlənmə işi yerinə yetirilərək nəqliyyatın normal hərəkəti təmin olunub.

 

Bundan əlavə,  həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytaranlar  mərmər səki daşları ilə əvəzlənəcək, paralel olaraq avtobus və taksi dayanacaqlarının yerləşdiyi ərazi də genişləndiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv