Nigeriyada daha bir şəhər “Boko Haram”dan azad edildi

Nigeriya hökumət qoşunları Borno ştatının sayca ikinci ən iri şəhəri olan Bamanı “Boko Haram” qruplaşmasının terrorçularından azad edib. APA TV-nin məlumatına görə, Bama 2014-cü ilin sentyabrından terrorçuların nəzarəti altında olub. Bundan əvvəl, Nigeriyanın şimal-şərqindəki Yobe ştatının “Boko Haram” dan təmizləndiyi barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının silahlıları internetdə paylaşdıqları video çarxda İŞİD-ə sadiq qalacaqlarına and içiblər. 2009-cu ildən etibarən “Boko Haram” terror təşkilatı Nigeriyada 13 min insanın ölümünə səbəb olub. 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

 

Müəllif | Apa.Tv