Yevlaxda güclü yanğın: iki ailə evsiz qaldı

Yevlax rayonunda eyni vaxtda 2 ev yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlax rayonu Aşağı Bucaq kəndindəki fərdi evlərdə baş verib. Nəticədə 2 ailə evsiz qalıb. Kənd sakinləri Gülüdə Məmmədova və Savad Həsənovaya məxsus bir-birinə yaxın məsafədə yerləşən 2 ayrı ev qəflətən alovlanıb. Ümumi sahəsi 128 kvadratmetr olan hər iki ev tamamilə yanaraq külə dönüb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqda yerləşən digər evə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ev sahiblərinə xeyli miqdarda maddi ziyan dəyib, məişət əşyaları yanıb.

 

Qeyd edək ki, yanğın baş verən evlərdə bir neçə aydır, yaşayış yoxdur. Yanğının hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov