Şəkidə 76 yaşlı kişinin arvadını baltalamasının təfərrüatları məlum olub - YENİLƏNİB

Şəkidə 76 yaşlı kişi  68 yaşlı həyat yoldaşını yaşadıqları evdə amansızlıqla qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə ötən gecə rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini İslam Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı İrayə Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. Evdə onlardan başqa heç kim yaşamayıb. Yaxınlarının sözlərinə görə, ailə çox qapalı olub. Bu vaxtadək qonşularla onlar arasında hər hansı problem yaşanmayıb.

 

İrayə Məmmədovanın bacısının sözlərinə görə, hadisəyə səbəb həyətdəki kartof sahəsi olub. Kişi arvadına həyətin bir hissəsində kartof əkməyi tapşırıb. Qadın xəstə olduğundan tapşırılan işin bir hissəsini görüb, sonra evə qayıdıb. Buna əsəbiləşən kişi qadını balta ilə vurub. Hadisədən sonra ahıl kişi polisə zəng edərək, məlumat verib.

 

Ailənin 7 qız övladı var. Onların hamısı ailəlidir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv