Latviya sahillərində Rusiyanın sualtı qayığı aşkarlanıb

Latviya sahillərində Rusiya Ordusunun sualtı qayığı peyda olub. APA TV-nin məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin məlumatına görə, Latviya silahlı qüvvələri Baltik dənizində Rusiya sualtı qayığını aşkar edib. Rusiya sualtı qayığı Latviya ərazi sularından 27 dəniz milində aşkar edilib.

 

Qeyd edək ki, 2014-cü ilin noyabrında Latviya hərbçiləri ölkənin sərhədlərinə Rusiya sualtı qayığının yaxınlaşması haqqında xəbər vermişdi.

 

Rusiya Federasiyası Müdafiə Nazirliyi o zaman Hərbi Dəniz Donanmasını reklam etdiyi üçün Latviyaya təşəkkür etmişdi.

 

Müəllif | Apa.Tv