Zaur Dadayev: "Nemtsov öldürülən zaman başqa yerdə olmuşam"

Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayev günahsızlığını sübut edən dəlilinin olduğunu bildirib. APA TV-nin məlumatına görə, bu haqda onun vəkili İvan Gerasimov açıqlama verib.

 

Hüquqşünas bu barədə hələlik istintaqa müraciət etməyəcək. “Dadayev qətl hadisəsi baş verərkən başqa yerdə olub. Biz bunu yoxlayacağıq, dəlil-sübutları toplayandan sonra istintaqa təqdim edəcəyik”, - deyə vəkil bildirib.

 

Bundan əvvəl qətldə ittiham edilən digər şəxs Tamerlan Əsgərxanov hadisə zamanı gecə klubunda olduğunu bildirmişdi. Hazırda onun qətl zamanı gecə klubunda olması barədə məlumatı istintaq araşdırır. Polisin məlumatına görə, Dadayev Moskvanın mərkəzində körpüdə Nemtsovu güllələyib. Qətldən sonra qatil Anzor və Şadid Qubaşev qardaşlarının olduğu maşına oturub hadisə yerindən qaçıb.

 

Hazırda cinayətlə bağlı beş nəfər həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv