Liviyada hökumət qüvvələri ilə İŞİD arasında döyüşlər intensivləşib

Liviyanın liman şəhərlərindən olan Sirtdə vəziyyət gərginləşib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, İŞİD və Tripoli hakimiyyətinə yaxın olan qruplaşmanın üzvləri arasında döyüşlər intensivləşib. Yüzlərlə dinc sakinin şəhəri tərk etdiyi bildirilir. Ailələrini və ev əşyalarını maşınlara yığaraq şəhəri tərk edən insanlar Misrat yaşayış məntəqəsinə doğru istiqamət götürüblər. Bu qəsəbə "Liviya üfüqü" qruplaşmasının nəzarəti altındadır. Bundan əlavə Sirt xəstəxanasından 20 avtomobillə tibbi personalın da şəhərdən çıxarıldığı deyilir. Sirt ətrafında və regionda gedən döyüşlər ötən ilin dekabrından davam edir. "Liviya üfüqü" təşkilatının döyüşçüləri ölkənin limanlarına və neft yataqları olan ərazilərə nəzarəti ələ almağa çalışırlar. Xatırladaq ki, həmin ərazilər hakimiyyəti beynəlxalq səviyyədə tanınan Abdalla ət-Taninin nəzarəti altındadır.

Müəllif | Apa.Tv
Apa.tv