Şabranda yük maşını ilə minik avtomobili toqquşdu: 1 ölü

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 9-cu km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 JJ 574 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını ilə 17 BC 909 dövlət nömrə qeydiyyatlı “VAZ 2109” toqquşub. 

 

Qəza nəticəsində minik maşınının sürücüsü 1967-ci il təvəllüdlü Osmanov Bəxtiyar Murad oğlu ölüb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. 

 

Yük maşınının sürücüsü, 1969-cu il təvəllüdlü Ramiz Allahverdiyev qəza zamanı xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv