Təhsil naziri: "Ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssislər dəvət ediləcək"

"Xaricdən Azərbaycana dəvət ediləcək müəllim və professorlar ölkənin ali məktəblərində yalnız müəllimlik fəaliyyəti ilə məşğul olmayacaqlar. Bu şəxslər həm də tədris proqramlarının, elmi tədqiqat işlərinin aparılmasına yardım göstərəcəklər".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssisləri dəvət edəcək.

 

Nazir bildirib ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı yeni dövlət proqramı hazırlanır. Həmin proqram çərçivəsində xarici mütəxəssislərin də ölkəyə dəvət edilməsi nəzərdə tutulur.  Proqram çərçivəsində artıq təxminən 900 tələbə xarici ölkələrin ali məktəblərinin məzunu olduğunu deyən nazir bildirib ki, son iki ildə bu proqram çərçivəsində 1000-dən çox azərbaycanlı gənc xaricə göndərilib.

Müəllif | Apa.Tv