2018-ci ildə Azərbaycan əhalisinin 85 faizi faizinin yüksək sürətli geniş zolaqlı internetdən istifadə edəcək

“Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı ilə bağlı qarşıya çoxlu hədəflər qoyulub. Bunun üçün ilk məqsəd ixraca yönəlmiş məhsul və xidmətlərin istehsalına təkan verməkdir”. APA TV-nin xəbərinə görə, bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı söyləyib.

 

“İşlərimiz əsas 3 sütun üzərində dayanıb. Biz buna "qızıl üçbuçaq" deyirik. Bunlar bilik, şərait və kapitaldır. Texnoloji inkişaf naminə texniki işçilərin hazırlanması üçün geniş təhsil bazası olmalıdır. Biz bu istiqamətdə Təhsil Nazirliyi və AMEA ilə təhsilin inkişafı konsepsiyasını hazırlamışıq. Bilik potensialının olmaması texnoloji inkişaf üçün problem ola bilər. Yaxşı texnoloji potensial olsa, Azərbaycanda mühəndislik potensialı inkişaf edə bilər. Yeni texno-parklarının yaradılması istiqamətində də işlərimizi davam etdirəcəyik.

 

Nazir əsas hədəflərdən birinin 2018-ci ilə Azərbaycanda əhalinin 85 faizinin yüksək sürətli geniş zolaqlı internetə, kənd yerlərində 30 Mbit/s, şəhərdə isə 100 Mbit/s internetə çıxış sürətinə malik olması olduğunu deyib.

 

Müəllif | Apa.Tv