ABŞ-ın xarici borcları rekord həddə çatıb

ABŞ-ın xarici borcları ən yüksək həddə çatıb. APA TV-nin məlumatına görə, hazırda ölkənin xarici borcları 18,1 trilyon dollar təşkil edir. Ötən həftə ölkənin maliyyə naziri Cek Lyu Konqresə müraciət edərək borcların ödənmə qrafikini qısaltmağı xahiş edib. O bildirib ki, Maliyyə Nazirliyi öz öhdəliklərini yerinə yetirmək üçün ən zəruri tədbirlər görməyə hazırdır. Lyu qeyd edib ki, dövlət borcu limitinin aşılması əlavə xərclər yaranacağı anlamına gəlmir.

 

Müəllif | Apa.Tv
Apa.tv