Bayram ərəfəsində avtovağzal və dəmiryol vağzalında sıxlıq müşahidə olunur

İki gün sonra Azərbaycan xalqı Novruz bayramını qeyd edəcək. Bayram günü yaranacaq sıxlıqdan qaçmaq üçün sakinlərin bir çoxu bayramdan bir neçə gün qabaq yola düşməyə üstünlük verir.

 

Bakı Beynəlxalq Avtovağzalında kimi kassada növbəyə düzülərək bilet alır, kimi isə kimi də artıq avtobusda oturub, hərəkət vaxtını gözləyir.

 

Sakinləri mənzil başına çatdırmaq üçün sürücülər bayram günlərində də çalışacaq.

 

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev APA TV-yə deyib ki, idarə martın 16-dan gücləndirilmiş iş rejiminə keçib və bu, ayın 28-dək davam edəcək. Onun sözlərinə görə, dünən 500-ə qədər nəqliyyat vasitəsi, 12 minə yaxın sərnişinin yola salınıb. Sıxlığın martın 18, 19 və 20-də daha çox olacağını nəzərə alan qurum xəttə əlavə nəqliyyat vasitələri buraxacaq.

 

Bir ildən artıqdır, biletlərin online satışının təşkil olunduğunu xatırladan növbə rəisi deyir ki, bəzi marşrutlar üzrə biletlər satılıb.

 

Qurum rəsmisi bildirib ki, avtovağzalda biletlərin qiymətinə nəzarət edən 8 nəfərdən ibarət komissiya var. Komissiya gediş haqlarının qiymətində süni artım olmamasına nəzarət edir. Qaydanı pozanlar xətdən kənarlaşdırılacaq.

 

Azərbaycan Dəmi Yolları” Qapalı Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib.
 

Həmişə olduğu kimi bu il də tələbat əsasən, Qərb istiqamətindədir. 

Müəllif | Apa.Tv