İŞİD bu dəfə tarixi kilsəni dağıtdı

İŞİD terrorçuları tarixi abidələri məhv etməkdə davam edirlər. APA TV-nin xəbərinə görə, terrorçular bu dəfə Assur İmperatorluğunun paytaxtı olmuş Nineva şəhərində bir kilsəni dağıdıblar. Yayılan fotolardan görünür ki, mülki geyimli şəxslər xristianlara məxsus kilsədə heykəlləri yıxır, dini simvolları dağıdır, xaç işarəsinin yerinə İŞİD bayrağını asırlar. 

 

Qeyd edək ki, terrorçular bu ayın əvvəllərində Nimrud şəhərində 3 min illik heykəli dağıdıblar. Bundan başqa, İŞİD döyüşçüləri tərəfindən Mosul tarix muzeyi və Mosul kitabxanası da məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv