Prezident İlham Əliyev Ərdoğanı təyyarədə çay süfrəsinə dəvət etdi

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Qars şəhərinə işgüzar səfəri başa çatıb. Qarsın beynəlxalq hava limanında dövlət başçısını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.

 

Azərbaycan prezidenti İlaxır çərşənbə münasibətilə Türkiyə prezidentini təyyarəyə çay süfrəsinə dəvət edib. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv