İraq türkmənləri bir kəndi İŞİD-dən geri alıb


İraq türkmənlərinin formalaşdırdığı Xalq Cəbhəsi Kərkükün cənubundakı yaşayış məntəqələrindən birində İŞİD terror təşkilatına qalib gəlib. APA TV-nin məlumatına görə, Türkmən Xalq Cəbhəsi əsasən türkmənlərin yaşadığı Tebilya kəndini İŞİD-dən geri alıb. Bunu Xalq Cəbhəsinin nümayəndəsi Yılmaz Şahbaz bəyan edib. O bildirib ki, kənd uğrunda döyüşlər gedib və terrorşular türkmənlərin təzyiqinə tab gətirməyərək, geri çəkiliblər.

 

Tebilya İraqda Xalq Cəbhəsinin nəzarətinə keçən ilk türkmən yaşayış məntəqəsidir. Hazırda türkmən döyüşçülər yolları minalardan təmizləməklə məşğuldurlar.

 

Qeyd edək ki, Türkmən Xalq Partiyası İraqın, xüsusilə, Kərkükün türkmən əhalisinin İŞİD-dən müdafiəsi üçün xüsusi alayın yaradıldığını martda bəyan edib. Türkmən alayları İŞİD-in nəzarətində olan türkmən rayonlarını azad etmək niyyətindədir. 

Müəllif | Apa.Tv
Apa.tv