MN: Atəşkəs 50 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam  rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Nəmirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Xocavəndrayonunun  Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl  rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd  və Füzuli  rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv