Saatlı və Salyanda iki avtomobil kanala aşıb: 2 ölü

Saatlıda avtomobil kanala aşıb, sürücü ölüb. APA TV-nin Mil-Muğan bürosnun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb. İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü Nizam Fərəcovun idarə etdiyi "Kia Cerato" markalı avtomobil yoldan çıxararaq kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Bənzər hadisə Salyan rayonunda da baş verib. Avtoqəza Seydan kəndi ərazisində qeydə alınıb. 27 yaşlı Mirteymur Abıyev sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobillə Salyan-Şirvan yolu istiqamətidə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala düşüb. Hadisə zamanı avtomobildən çıxa bilməyən sürücü suda boğularaq ölüb. 

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı