Suriya hərbçiləri ABŞ-ın pilotsuz təyyarəsini vurdular - REAL GÖRÜNTÜ

Suriya hərbçiləri ABŞ-a məxsus pilotsuz təyyarəni vurub. APA TV-nin xəbərinə görə, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. ABŞ-a məxsus "Predator" tipli təyyarənin Türkiyənin Adana İncirlik Hərbi Hava bazasından qalqxdığı bildirilir. Pilotsuz təyyarə Lazkiyə şəhərinin şimalında Suriyanın Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Təyyarənin Suriya ərazisində kəşfiyyat xidməti həyata keçirdiyi qeyd olunur.

 

Türkiyə hərbi mənbələri İncirlikdə ABŞ-a aid 4 ədət "Predator" tipli təyyarənin olduğunu, Suriyadakı hadisədən sonra bu sayın üçə düşdüyünü bildirir. Təyyarənin vurulması haqqında Ankaraya rəsmi məlumat daxil olmayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı