Yunanıstan hədələdi: “Avropanı miqrant selində boğarıq”


Yunanıstan hökuməti Avropa Birliyini milyonlarla əmək miqrantını ittifaq ərazisinə daxil olmaq üçün sənədlə təmin edəcəyi ilə hədələyib. APA TV-nin məlumatına görə, bu sərt bəyanatı ölkənin müdafiə naziri Panos Kammenos səsləndirib. Nazir bildirib ki, əgər Avropa Birliyi Yunanıstanı iflasdan xilas etməsə, ölkənin ittifaqa qarşı təzyiq vasitələrindən istifadə etməkdən başqa yolu qalmır: “Əgər biz iflas olsaq, o zaman Yunanıstanda xüsusi mərkəzlərdə saxlanan qanunsuz miqrantların hamısına lazımi sənəd verib, Berlinə göndərəcəyik. Avropa bizi böhrana düçar etsə, biz də onlara miqrant seli ilə cavab verəcəyik. Hələ o milyonlarla əmək miqrantının içərisində İŞİD üzvləri olsa, onda Berlin nə vəziyyətə düşəcəyini özü düşünsün”.   
 
Xatırladaq ki, bundan əvvəl Yunanıstan daxili işlər nazirinin müavini də analoji bəyanatla çıxış edib. Bəyanatdan sonra Almaniyada həmkarlar ittifaqları Avropa Birliyi rəhbərliyini Yunanıstanı təcili olaraq Şengen zonasından çıxarmağa çağırıb. 

Müəllif | Apa.Tv
Apa.tv