Bjezinski: “ABŞ Ukraynanın NATO-ya üzv olmayacağına qarantiya verməlidir”

Amerikalı politoloq Zbiqnev Bjezinski ABŞ hökumətini Ukrayna münaqişəsinin həllinə dair konsepsiya hazırlamağa çağırıb. APA TV-nin məlumatına görə, Bjezinski bildirib ki, yeni konsepsiya həm Qərbi, həm Rusiyanı razı salmalıdır. O ABŞ-a Vladimir Putinin heysiyyətinə toxunmamağı məsləhət görüb. “The Times”ə açıqlama verən politoloq qeyd edib ki, ortaq məxrəcə gəlmək üçün ABŞ Rusiyaya Ukraynanın NATO-ya qəbul olunmayacağına dair qarantiya verməlidir: “Qərb Ukraynaya Avropa Birliyinin demokratik üzvü olmağa kömək etməlidir. Putinə isə heysiyyətinə toxunmadan demək lazımdır ki, əgər o hərbi əməliyyatlara başlasa, bizim Ukraynanı silahlandırmaqdan başqa yolumuz qalmayacaq. ABŞ həmçinin münaqişəni qızışdırmamaq üçün atəşkəs dövründə Ukraynanı silahlandırmaqla bağlı bəyanatlardan çəkinməlidir”. 

 

Müəllif | Apa.Tv
Apa.tv