Nazir: “Sudan Azərbaycanın mövqeyini tam dəstəkləyir”

“Sudan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir. Çünki Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa uyğundur”.

 

APA TV-nin xəbərinə görə, bunu Bakıda səfərdə olan Sudan xarici işlər naziri Ali Ahmed Karti ilə keçirdiyi görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, görüşdə Azərbaycanla Sudan arasında əlaqələri daha necə gücləndirməyin mümkün olması barədə fikir mübadiləsi aparıblar.

 

Elmar Məmmədyarov görüşdə iqtisadi sahədə əlaqələri gücləndirmək yönündə fikir mübadiləsi apardıqlarını da deyib: "Biz BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar çərçivəsində daha yaxşı və dəyərli əməkdaşlıq edirik, bir-birimizə dəstək veririk".

 

Elmar Məmmədyarov Sudana səfərinin planlaşdırıldığını da qeyd edib.

 

Ali Ahmed Karti isə deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu, Sudanın dəyişməz siyasətidir və həmişə belə qalacaq.

 

Nazir bildirib ki, Azərbaycandakı uğurlu inkişaf ölkələr üçün nümunə ola bilər: "Azərbaycanı qızıl, kömür, fosfat yataqlarının işlәnmәsinə də dәvәt edirik. Hәr iki ölkәnin İslam dәyәrlәrinә yüksәk qiymәt vermәsi dә ikitәrәfli әlaqәlәrin inkişafı üçün imkan yaradır. Biz İslamın düzgün tәbliğindә maraqlıyıq. İki ölkə arasında əlaqələrin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdirilməsi faydalıdır”.

 

Qonaq beynәlxalq tәşkilatları Fәlәstin problemi ilә bağlı düzgün, әdalәtli mövqe nümayiş etdirmәyә çağırıb.

 

Azərbaycan XİN və Sudan XİN arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Müəllif | Apa.Tv