Lənkəranda heç kimin yaşamadığı ev yandı: Yanğının qəsdən törədildiyi deyilir

Lənkəranda fərdi yaşayış evində güclü yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Lüvəsər kənd sakini, 61 yaşlı  Ramiz Ağayevə məxsus ikimərtəbəli, 4 otaqlı fərdi evdə qeydə alınıb. Yaşayış olmadığından yanğın qısa zamanda  bütün evi əhatə edib. Yanğından ilk xəbər tutan isə qonşular olub. Yanğının söndürülməsinə FHN-nin Lənkəran rayon yanğından mühafizə hissəsinin  2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 240 kv.m olan  evin 4 otağı  içindəki məişət əşyaları ilə birlikdə və dam örtüyü 180 kv-m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Ev sahibinin qohumları hadisənin qəsdən törədildiyini iddia edir.


"Evin sahibləri Moskvada yaşayır. Qızının, oğlunun, özünün cehizləri, hamısı yanaraq külə döndü.

 

Ev sahibinin qohumları  əşyaların oğurlanıb, sonra isə evin yandırıldığını iddia edir. "Belə qənaətə gəlmişik ki, bu ev qərəzli şəkildə oğurlanıb, sonra da yandırılıb. Bu ailə heç kimə indiyə qədər bir ziyan vurmayıb".

 

Hadisə yerinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları da baxış keçiriblər. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən 

Müəllif | Apa.Tv