ABŞ-ın Azərbaycandakı səfiri bayram tonqalının üzərindən tullandı

“Çıxışlarımda dəfələrlə bəyan etmişəm ki, durğunluq vəziyyətindən çıxış imkanı əldə etmək, irəliyə doğru addım atmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində humanitar jest nümayiş etdirmək baxımından fürsət yaranıb”.

 

APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanlı girovların hələ də qaytarılmaması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, ölkəsi bu fürsətin dəyərləndirilməsinə, istifadə edilməsinə çağırır.  

 

Uydurma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə İrəvanda keçiriləcək tədbirə ABŞ-dan kimin qatılacağı ilə bağlı suala cavabında diplomat qeyd edib ki, bu, Vaşinqtonun verəcəyi qərardır, onda bu barədə məlumat yoxdur.

 

Robert Sekuta deyib ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib.

 

Səfir bildirib ki, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb: “Bunlar enerji, iqtisadiyyat, təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələridir. Xanım Nuland Vaşinqtona qayıdandan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barədə işlər aparılmağa başlayıb. Biz fikirlərimizi Azərbaycana tərəfinə təqdim edəcəyik, Azərbaycan tərəfinin də fikrilərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyətinin fikirlər öyrənilməli, onlarla da iş aparılmalıdır”.

 

Qeyd edək ki, Amerika Birlәşmiş Ştatlarının Azәrbaycandakı sәfirinin iqamәtgahında Novruz bayramı ilә əlaqədar tәdbir keçirilib. Robert Sekuta bayram tonqalının üzərindən tullanıb.

 

Müəllif | Apa.Tv