Zaqatalada ev yanıb

Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın hadisəsi rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Rasim İbrahimova  məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 2 otaqlı ev qəfil tüstülənməyə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin tüstü bacasının ətrafı 3 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov