Zaqatalada yük maşını ilə "VAZ 21014" toqquşdu: 1 yaralı

Zaqatalada baş verən yol qəzasında bir nəfər xəsarət alıb.  APA TV-nin məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Mamrıx kənd sakini, 28 yaşlı Mübarək Nərman oğlu Şabanov idarə tediyi “VAZ 21014” markalı minik avtomobili Qax rayon sakini Yaşar Ramiz oğlu Paşayevin idarə etdiyi “Ford” markalı xırda tutumlu yük maşınına arxadan çırpıb. Qəzadan sonra Yaşar Paşayevin idarə etdiyi yük maşını yolun kənarına aşıb. Mübarək Şabanovun idarə etdiyi minik avtomobili isə yolun kənarındakı kolluğa girib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

 

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov