Tunisdə muzeydəki terror aktında ölənlərin sayı 22-ə çatdı
Tunisin paytaxtında naməlum şəxslərin Bardo muzeyinə hücumu nəticəsində ölənlərin sayı 22-ə çatıb. APA TV-nin məlumatına görə, onlardan 17-si xarici turistdir. Osmanlı İmperiyası dövründə saray olan, sonradan muzeyə çevrilən binada polisin əməliyyatı 5 saat çəkib. Girovların azad edilməsi üçün keçirilən əməliyyat zamanı 1 tunisli polis və 2 silahlı ölüb.
Terror aktından sonra Tunis parlamentinin iclası təxirə salınıb. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Eyni zamanda şəhərdə terror əleyhinə aksiya keçirilib.
Xatırladaq ki, naməlum silahlılar Bardo Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar.