Vladimir Putin Qızıl Meydanda Rusiyanın himnini ifa etdi

Krımın Rusiyaya birləşdirilməsi Moskvada bayram tədbiri ilə qeyd olunub. APA TV-nin məlumatına görə, Kreml sarayının yaxınlığında keçirilən mərasimə on minlərlə adam qatılıb. Həmin gün Krımda rəsmi olaraq qeyri-iş günü elan edilib. Bayram tədbirində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Putin Krımın Rusiya üçün olduqca önəmli olduğunu vurğulayıb. Qeyd edək ki, düz bir il öncə Krımın Rusiyaya birləşdirilməsi haqda sazişə imza atılıb. Moskvadakı tədbirdə əvvəlcə Rusiya himni, daha sonra Rusiya və Krımla bağlı şüarlar səsləndirilib.

 

Müəllif | Apa.Tv