Bayram günlərinin hava proqnozu açıqlandı

Martın 20-də Azərbaycanda buludlu, arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli (ETSN) Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Martın 21-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yağıntılar tədricən kəsiləcək, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Temperaturda mühüm dəyişiklik gözlənilmir. Martın 20-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv