Azərbaycanda əfv sərəncamı icra olunub

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı bu gün icra olunub.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində 6 məhkum qadın azadlığa buraxılıb. APA TV-nin xəbərinə görə, onlardan biri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin  Kürdəmir rayon şöbəsinin sabiq rəis müavini İradə Abbasovadır. O, külli miqdarda dövlət əmlakını mənimsədiyi üçün məhkum edilib. Digər 5 qadından 1-i dələduzluq, digərləri qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə həbs cəzası alıb.

 

Əfv sərəncamının icrası prosesində Ombusman Elmira Süleymanova da iştrak edib.

 

6 saylı Çəzacəkmə Müəssəsində isə 17 məhkum azadlığa buraxılıb. Müəssənin qarşısında əfv sərəncamı ilə azadlığa buraxılacaq məhkumların yaxınları yığışıblar. Penitensiar Xidmətin rəis müavini səlahiyyətlərini icra edən Rafiq Ramazanov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən indiyə kimi 59 əfv sərəncamı imzalanıb, nəticədə 6126 nəfər təyin olunan cəzalardan azad olunub. Sonun əfv sərəncamı 101 nəfərə şamil edilib.  Onlardan 90 nəfər Penitensiar Xidmətin müəssisələrində cəza çəkməkdən, 11 nəfər isə şərti və digər cəza növlərindən azad olunub.

 

Müəllif | Apa.Tv