Milli Parkda Novruz yarmarkası açıldı

Novruz bayramı ilə bağlı Dənizkənarı Milli Parkda yarmarka təşkil olunub. Yarmarkada bütün regionlardan təmsilçilər iştirak edirlər. Hər region öz məhsullarını nümayiş etdirir. 

 

APA TV-nin xəbərinə görə, Şamaxıdan, Şəkidən, Xaçmazdan və digər rayonlardan ən müxtəlif şirniyyatlar, meyvələr, yeməklər sərgilənir. Bundan başqa, müxtəlif əl işləri, xalçalar, yaylıqlar, kəlağayılar nümayiş olunur. 

 

Xarici turistlər sərgiyə böyük maraq göstərirlər. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova