Kök insanlar normal çəkili insanlardan çox yaşayır - ARAŞDIRMA

Artıq çəkisi olan və piylənməyə cüzi meylli olan insanlar normal çəkili insanlardan çox yaşayırlar. Lakin piylənmədən əziyyət çəkən şəxslər digərlərinə nisbətən tez vəfat edir. Amerika Tibb Assosiasiyası Jurnalı («Journal of the Medical American Association (JAMA)») aparılan 97 tədqiqatın nəticələrini analiz edərək bu qənaətə gəlib.

 

Tədqiqatların nəticələrinə görə, kök adamların ölüm riski normal çəkili adamların ölüm riskinə nisbətən 6 faiz çox, piylənməyə cüzi meylli şəxslərin ölüm riski isə 5 faiz azdır. Alimlər bu paradoksu kök adamların bədənində çoxlu enerji ehtiyatlarının formalaşması ilə əsaslandırır. Bu enerji ehtiyatları müəyyən xəstəliklərin inkişafının qarşısını almaqda önəmli rol oynayır. Tədqiqatlara Şimali və Cənubi Amerika, Avropa və Asiya qitəsindən 3 milyona yaxın könüllü cəlb olunub.  

Müəllif | Apa.Tv
Apa.tv