Düşmənin yolunu kəsən qalalarımız - "Dindağ", "Qara Dundur", "Çıraqqala"
Siyəzən rayonundan 13 km məsafədə yüksək dağ zirvəsində qərar tutan "Dindağ qalası" orta əsrlərdə tikilib. APA TV-nin məlumatına görə, qalanın qalıqları rayonun Sədan kəndi ərazisindədir. Tarixi mənbələrdə qalanın əsasən müdafiə məqsədi ilə tikildiyi göstərilir. Yağış sularının təsiri nəticəsində qala sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Kənd sakini İsmayıl Muradzadənin sözlərinə görə, qala ətrafında vaxtilə yaşayış olub.
İsmayıl Muradzadə - kənd sakini
"Dindağ qalası"ndan V əsrin yadigarı "Çıraqqala"nı da aydın müşahidə etmək mümkündür. Tarixi məlumatlara görə, qalaların bu quruluşda yerləşməsi düşmənin yaxınlaşmaqda olan qoşununun qarşısını almaq məqsədi daşıyıb.
BOBSLEY
Qala ətrafında XIV əsrdə "Qara Dundur" istehkamı tikilib ki, burda da məqsəd düşmənlərdən qorunmaq olub. Hazırda istehkam divarları qalmasa da qalanın bünövrəsi sıldırım qayalar boyu uzanır.
Mahir Ağayev - Siyəzən rayon MTŞ-nin əməkdaşı
Ümumilikdə Siyəzəndə 18 tarixi abidə var. Bunlardan 1-i "Gilgilçay səddi" dünya əhəmiyyətli hesab olunur.