ABŞ prezidenti: "Fələstin dövlətinin yaradılması bölgədə sabitliyə nail olmanın ən yaxşı yoludur"

ABŞ prezidenti Barak Obama maraqlı açıqlamalarla çıxış edib. Barak Obama Fələstin dövlətinin yaradılmasının bölgədə sabitliyin bərqərar olunmasının yeganə yolu olduğunu bildirib. APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “ABŞ inanır ki, bu dövlətin yaradılması regionda sabitliyə nail olmağın ən yaxşı yoludur”. O vurğulayıb ki, İsrailin baş naziri Binyamin Netanyahunun bu məsələyə fərqli yanaşması var. Bundan əvvəl Obama ABŞ qeyd edib ki, İsrailin baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət yaxın illərdə müstəqil Fələstin dövlətinin formalaşdırılmasına imkan vermir münaqişənin həllinə əngəl törədir. ABŞ prezidenti əlavə edib ki, beynəlxalq vasitəçilərin İranla bağlayacağı saziş İsrail üçün də yaxşı olacaq: “Belə sazişin olacağı təqdirdə əminəm ki, o həm ABŞ, həm İsrail, həm də bölgədə təhlükəsizlik üçün çox yaxşı bir saziş olacaq".

 

Qeyd edək ki, İsrail İranla nüvə sazişinin bağlanılmasına qarşı çıxış edən əsas  ölkələrdən biridir. Ölkənin baş naziri Binyamin Netanyahu hesab edir ki, saziş İsrailin maraqlarına ziddir.  

Müəllif | Apa.Tv
Apa.tv