Sabirabadda yaşayış evi yanıb

Sabirabadda fərdi yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində 60 yaşlı Nəsirov Sərdar Vəliməmməd oğluna məxsus evdə baş verib. Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin və mətbəxin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN Sabirabad Yanğından Mühafizə xidmətinin yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğına elektrik naqillərində qısa qapanma səbəb olub.

 

Faktla bağlı təhqiqat aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı