Xaçmazda qəza olub, eyni ailədən 5 nəfər yaralanıb

Martın 24-də axşam saatlarında Quba-Xaçmaz yolunun 5 km-də Xaçmaz rayonu Yergüc kəndi ərazisində ağır  yol qəzası baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Ağyazı-Buduq kənd sakini, 51 yaşlı Məmmədmövsüm Seyidağa  oğlu Həbibovun idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə rayonun Mollabürhan kənd sakini, 39 yaşlı Etibar Qeybulla oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və "Opel"də olan sərnişinlər -  Xaçmaz rayonun Çuxuroba kənd sakinləri, 32 yaşlı Babayeva Güldanə Şəhbət qızı, 7 yaşlı Babayeva Luminə Hakim qızı, 1 yaşlı Babayeva Səma Hakim qızı, 6 yaşlı Babayeva Aysel  Hakim qızı və 30 yaşlı Babayev Hakim Əhməd oğlu xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra sürücü Etibar Abdullayev, sərnişinlərdən Luminə Babayeva , Aysel Babayeva və Hakim Babayev  ambulator müalicəyə buraxılıb. Sürücü  Məmmədmövsüm Həbibov da daxil olmaqla, digər yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü Məmmədmövsüm Həbibov sərxoş olub.

 

Faktla bağlı araşdırma aparılır.    

 

Müəllif | Apa.Tv
Vəli Turan