Moskvada "Kotik" ləqəbli erməni "qanuni oğru"saxlanıldı

Moskvada kriminal aləmdə "Kotik" ləqəbli erməni "qanuni oğru" Giorgi Kalaşyan tutulub. APA TV-nin "news.am"a istinadən verdiyi məlumata görə, Rusiya paytaxtının Krasnaya presnya rayonunda saxlanılan erməni avtoritetin üzərindən polis preslənmiş şəkildə, qəhvəyi rəngli maddə aşkarlayıb. "Moskva" agentliyinin bildirdiyinə görə, Georgi Kalaşyandan əvvəl paytaxt polisi onunla əlbir olmaqda şübhəli bilinən və narkotik maddələrin satışı ilə məşğul olan Qafqaz millətlərindən olan digər bir şəxs - İslam Ədilgiriyev də həbs olunub. Adı çəkilən şəxslər Moskva restoranlarında heroin və başqa narkotik maddələrin satışını təşkil etməkdə təqsirləndiririlirlər.

Müəllif | Apa.Tv
Apa.tv