"Airbus" kabusu: Avropalı pilotlar uçuşlardan imtina edir

Avropanın bir neçə hava limanında pilotlar "Airbus A320" təyyarələrini idarə etməkdən imtina ediblər. APA TV-nin məlumatına görə, bu barədə "The Times" nəşri yazıb. Bildirilib ki, bu hal ən çox Böyük Britaniyanın Hitrou, Stansed, Mançester və Almaniyanın hava limanlarında yaşanır. Pilotlar bunu şəxsi təhlükəsizliklərinə zəmanət verilməməsi kimi izah ediblər.

 

Xatırladaq ki, 1990-cı il istehsalı olan, sonradan  Lufthansa-ya istismara verilən "Germanwings" təyyarəsi Fransanın cənubunda qəzaya uğrayıb.  Həmin təyyarənin "Germanwings" avioparkında ən köhnə layner olduğu bildirilir. Sonuncu dəfə sözü gedən təyyarə martın 23-də texniki yoxlamadan keçirilib. Spigel-in yazdığına görə, məhz bu aviaqəzadan sonra bir neçə ekipaj heyəti uçuşlardan imtina edib. Martın 24-dən isə Düsseldorf hava limanından bir neçə aviareys baş tutmayıb. Belə təxirəsalınmalar "Lufthansa"-nın istifadəsində olan başqa təyyarələrdə də qeydə alınıb. Madrid, London və Stokholma nəzərdə tutulan uçuşlar həyata keçirilməyib.
 

Müəllif | Apa.Tv
Apa.tv