Gəncədə 4 bal gücündə zəlzələ qeydə alındı

Azərbaycanda zəlzələ baş verib. APA TV-nin AMEA-nın Milli Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13:49-da Gəncə şəhərindən 7 km şimalda Gəncə ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala kimi hiss olunub.

Müəllif | Apa.Tv
Apa.tv