İsmayıllı sakini arvadını və qonşusunu qətlə yetirib

İsmayıllı rayonunda qətl törədilib. Rayon Prokurorluğundan APA TV-nin yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Qurban Əfəndi kəndində qeydə alınıb.

 

Kənd sakini, 1951-ci il təvəllüdlü Əhmədov Məhəmməd Əhməd oğlu ov tüfəngi ilə həyat yoldaşı, 1959-cu il təvəllüdlü Əhmədova Bahar Qəhrəman qızını və qonşusu, 1953-cü il təvəllüdlü Rəhimov Allahverdi Sədulla oğlunu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından ölüb. 

 

Məhəmməd Əhmədov saxlanılıb. Lakin halı pisləşdiyi üçün o, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M. Əhmədov xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. Beş uşaq atası olan M. Əhmədovun həyat yoldaşını və qonşusunu qısqanclıq səbəbindən öldürdüyü bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv