Qəzaya düşən təyyarənin ikinci "qara qutusu" tapıldı

Fransada qəzaya uğramış təyyarənin ikinci "qara qutusu" tapılıb. APA TV-nin məlumata görə, bunu Fransa prezidenti Fransua Olland deyib. O, Almaniya kansleri Angela Merkel və İspaniyanın baş naziri Mariano Rahoy Breylə birgə keçirilən mətbuat konfransında qeyd edib ki, ötən gün Fransanın cənubunda qəzaya uğramış "Airbus A320" təyyarəsinin ikinci registratorunun korpusu aşkar edilib. Götürülən "qara qutu" ilə bağlı araşdırmalara başlanılıb.

 

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya və İspaniya vətəndaşları olub.

Müəllif | Apa.Tv
Apa.tv