Abşeronda mağazaları soyan oğrular tutuldular

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxslər yaxalanıb. APA TV-nin məlumatına görə, Saray qəsəbəsi sakini Təbriz Kərimov ərizə ilə Abşeron Polis Şöbəsinə müraciət edərək satıcı kimi işlədiyi mağazadan oğurluq hadisəsinin olması ilə bağlı məlumat verib. Faktla bağlı cinayət işi başlanıb və oğruların tapılması üçün əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Allahverdiyev Anar Vahid oğlu və Zərdab rayon sakini Abdullayev Qasım Zakir oğlu saxlanılaraq polis idarəsinə gətiriliblər.

 

İlkin dindirilmə zamanı məlum olub ki, onlar oğurluğu pula ehtiyacları olduğu üçün ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv