Masallıda xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayılıb

Masallıda xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, xəstəlik əsasən rayonun Muğan zonasında yerləşən kəndlərində qeydə alınıb. Fərdi fermer təsərrüfatlarında yayılan xəstəlikdən artıq ölüm halları da baş verib.

 

Heyvandarlıqla məşğul olan fermerlərin sözlərinə görə, təlafat daha çox iki-üç aylıq quzular arasında qeydə alınıb. Xəstələnən quzular ana südündən imtina edir.

 

Yerli sakinlərin sözlərinə görə, iri çəkidə olan qoyunlar arasında yayılan xəstəlik isə heyvanların ölümünə səbəb olmasa da, onların axsamasına və ayaqlarının tulmasına şərait yaradır. Hər iki xəstəliyin qarşısını almaq məqsədilə Masallı Rayon Baytarlıq İdarəsinin əməkdaşları artıq proflaktik tədbirlərə başlayıblar. Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, xəstəliyin qarşısını almaq hələlik mümkün olmayıb.

 

Xəstəlik nəticəsində Masallının ayrı-ayrı qoyunçuluq təsərrüfatlarında ümumilikdə 30 başadək quzu tələf olub. Hazırda onlarla xəstə quzunun tələf olmaması üçün müvafiq profilaktik-müalicə tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv