Goranboy "VAZ 2106" "Zil"ə çırpılıb, eyni ailənin 3 üzvü ağır yaralanıb

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə Dəlməmmədli-Yolqular yolunun 1-ci km-də qeydə alınıb. APA TV-nin xəbərinə görə, 22 yaşlı Anar Mahmudov "VAZ 2106" markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən "Zil" markalı su maşınına çırpılıb. Zərbənin gücündən "VAZ 2106" yararsız hala düşüb. Qəza nəticəsində minik maşınının sürücü və onun sərnişinləri, 25 yaşlı Selmi Mahmudova, 13 yaşlı Ramil Mahmudova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların üçü də eyni ailənin üzvüdür. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. İlkin ehtimala görə, qəzaya "VAZ 2106" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparlır.

Müəllif | Apa.Tv
Azər Məmmədli