ABŞ Senatı Obamanı Ukraynaya silah yardımında tələsməyə çağırdı

ABŞ Senatı Ukraynaya silah yardımı edilməsi təklifini yekdilliklə dəstəkləyib. APA TV-nin məlumatına görə, senat bu məsələdə prezident Barak Obamanı vaxt itirməməyə çağırıb. Senatorlardan Ron Cons ABŞ dövlət başçısına hətta məsləhət də verib: "Əgər bu qərarda bir az da geciksəniz, Ukraynanın Mariupol şəhəri də separatçılar və onları dəstəkləyənlərin əlinə keçəcək. Bu sizin üçün hazırda prioritet məsələdir, çünki orada dinc sakinlər öldürülür. Biz rəsmi Kiyevə ən azı onların istədiyi qədər yardım etməliyik" deyə Cons vurğulayıb. Xatırladaq ki, prezident Barak Obama son çıxışında Ukraynanın ABŞ tərəfindən silahlandırılmasını adı çəkilən ölkədə münaqişələri daha da alovlandıra biləсəyini açıqlayıb. Bundan əvvəl isə konqres də Ukraynaya silah yardımı edilməsi barədə məsələyə müsbət yanaşıb.

Müəllif | Apa.Tv
Apa.tv