Azərbaycan hərbçilərinin yaraladığı erməni əsgər öldü

Ermənilər daha bir əsgərlərinin ölüm xəbərini etiraf ediblər. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. Məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində yaralanmış erməni əsgərlərdən Samvel Sasunoviç Akopyan ölüb.

 Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vurduğu, 20-dək erməni hərbi qulluqçunun məhv edildiyi və yaralandığı barədə məlumat yayıb. Ermənistan rəsmi qurumları yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlasa da, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları KİV-dən və erməni ictimaiyyətindən gizlədir.

 

Müəllif | Apa.Tv
Apa.tv