Azərbaycanda 19 dərəcə isti olacaq

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu  olacağı ,əsasən yağmursuz keçəcəyi axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-16, bəzi yerlədə 19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gündüz 7-12, bəzi yerlədə 15 dərəcə isti gözlənilir.

Tibbi metroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim yaz havası komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv